“Xəstəlik zamanı əlamətlər yüngül olduqda insanlar evdə qalmağa üstünlük vermir”.
Hafta.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov “COVID-19” mövzusunda çıxışında deyib.
O bildirib ki, onlar xəstəliyə digər respirator virus infeksiyaları kimi yanaşır: “Bu gün yoluxduruculuq sürəti yüksək olduğu üçün ailədə olanlar hamısı xəstəliyə yoluxur”.
T. Eyvazov qeyd edib ki, hazırda uşaqlarda bir neçə infeksiya qarışıb:
“Burada müxtəlif viruslar var ki, xəstəliyə səbəb olur. Azərbaycanda 12 yaşdan yuxarı uşaqların peyvənd olunmasına icazə verilib. Amma peyvəndlənənlərə baxanda onların sayı çox azdır, heç bir faizi əhatə etmir. Qorunmayan uşaqlarda koronavirusa rastgəlmə halı artır. Birmənalı olaraq uşaqlar arasında xəstəlik yüngül keçir. Bəzən ağırlaşma halları olur. Bu da xroniki xəstəliyi, yanaşı xəstəliyi olan uşaqlarda müşahidə olunur”, - infeksionist söyləyib.